Disper Mn Sinergy

Suda Həll Olan Qranul

Disper Mn Sinergy

DISPER Mn Sinergy, manqan çatışmazlıqlarının aradan qaldırılması və qarşısının alınması üçün hazırlanmış bir məhsuldur. %100 olaraq suda həll oluna bilən quruluşda olduğu üçün tətbiq zamanı tıxanma yaratmır.

DİSPER MN-in Üstünlükləri

  • Manqan EDTA xelatlı Disper Mn, aşağı miqdarda istifadə edilsə belə bitki inkişafı və böyüməsində təsirlidir.

  • Disper Mn fotosintez hadisəsində eyni fermentlər (enzimlər) kimi katalizator vəzifəsini görür və karbohidratların parçalanması, vitaminlərin yaranması və azotun (nitrojenin) bağlanmasında vəzifə alır.

  • Disper Mn, orqanik maddə baxımından kasıb, qələvi (alkali) və ya təbii olaraq kasıb torpaqlarda istifadəsi tövsiyə edilir. Xüsusilə kasıb torpaqlarda manqan çatışmazlığı əlamətləri; bitkidə anormal böyümə, məsələn yarpaqların normaldan kiçik və ensiz olmasıdır.

  • Disper Mn, bitki üst yarpaqlarının saralmasının qarşısını alır.

  • Disper Mn, bitkidə Mn çatışmazlığını aradan qaldıraraq inkişaf geriliyi və meyvə yetişməsində gecikmənin qarşısını alır.

Formulyasiya Növü

  • Disper Mn %13 GS tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa/formulyasiyaya sahibdir.

  • %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.

MANQANIN BİTKİLƏR BAXIMINDAN ƏHƏMİYYƏTİ

  • Fotosintez metabolizmində suyun fotoliz və fotofosforilasiyasında rol aldığı üçün çox əhəmiyyətli bir elementdir.

  • Azot (Nitrojen) metabolizmində qlutamindən sidik cövhəri (üre) yaranmasında və Nitratın reduksiyasında vəzifə alır.

  • Qlükoza və orqanik turşu metabolizmində yer alır.

  • Askorbin turşusu (vitamin C), piqmentlər (karotinlər, ksantofillər) kimi fermentlərin aktivasiyasında vəzifəlidir.

MANQAN ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ

  • Ən bariz olaraq gənc yarpaqlarda xloroz (saralma) ilə birlikdə nizamsız sarımtıl yaşıl nöqtələr meydana gəlir.

  • Paxlalılarda, meyvə ağaclarında, üzümlərdə, sitruslarda, pomidor, badımcan, bibər, çiyələk, lobya, kartof kimi bitkilərdə manqan çatışmazlığı çox şiddətli olaraq özünü göstərir.