Suda Həll Olan Qranul
Disper Mn Sinergy
DISPER Mn Sinergy, manqan çatışmazlıqlarının aradan qaldırılması və qarşısının alınması üçün hazırlanmış bir məhsuldur. %100 olaraq suda həll oluna bilən quruluşda olduğu üçün tətbiq zamanı tıxanma yaratmır.
Suda Həll Olan Qranul
DISPER Mn Sinergy, manqan çatışmazlıqlarının aradan qaldırılması və qarşısının alınması üçün hazırlanmış bir məhsuldur. %100 olaraq suda həll oluna bilən quruluşda olduğu üçün tətbiq zamanı tıxanma yaratmır.
Manqan EDTA xelatlı Disper Mn, aşağı miqdarda istifadə edilsə belə bitki inkişafı və böyüməsində təsirlidir.
Disper Mn fotosintez hadisəsində eyni fermentlər (enzimlər) kimi katalizator vəzifəsini görür və karbohidratların parçalanması, vitaminlərin yaranması və azotun (nitrojenin) bağlanmasında vəzifə alır.
Disper Mn, orqanik maddə baxımından kasıb, qələvi (alkali) və ya təbii olaraq kasıb torpaqlarda istifadəsi tövsiyə edilir. Xüsusilə kasıb torpaqlarda manqan çatışmazlığı əlamətləri; bitkidə anormal böyümə, məsələn yarpaqların normaldan kiçik və ensiz olmasıdır.
Disper Mn, bitki üst yarpaqlarının saralmasının qarşısını alır.
Disper Mn, bitkidə Mn çatışmazlığını aradan qaldıraraq inkişaf geriliyi və meyvə yetişməsində gecikmənin qarşısını alır.
Disper Mn %13 GS tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa/formulyasiyaya sahibdir.
%100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.
Fotosintez metabolizmində suyun fotoliz və fotofosforilasiyasında rol aldığı üçün çox əhəmiyyətli bir elementdir.
Azot (Nitrojen) metabolizmində qlutamindən sidik cövhəri (üre) yaranmasında və Nitratın reduksiyasında vəzifə alır.
Qlükoza və orqanik turşu metabolizmində yer alır.
Askorbin turşusu (vitamin C), piqmentlər (karotinlər, ksantofillər) kimi fermentlərin aktivasiyasında vəzifəlidir.
Ən bariz olaraq gənc yarpaqlarda xloroz (saralma) ilə birlikdə nizamsız sarımtıl yaşıl nöqtələr meydana gəlir.
Paxlalılarda, meyvə ağaclarında, üzümlərdə, sitruslarda, pomidor, badımcan, bibər, çiyələk, lobya, kartof kimi bitkilərdə manqan çatışmazlığı çox şiddətli olaraq özünü göstərir.
