Maye Gübrə
VITORMONE PLUS
Maye formulyasiyadakı mikrobioloji yarpaq gübrəsi VITORMONE PLUS, təbiətə heç bir zərər vermir və bitki üzərində qalıq buraxmır. Bu səbəblə orqanik kənd təsərrüfatında da istifadəyə uyğundur.
Maye Gübrə
Maye formulyasiyadakı mikrobioloji yarpaq gübrəsi VITORMONE PLUS, təbiətə heç bir zərər vermir və bitki üzərində qalıq buraxmır. Bu səbəblə orqanik kənd təsərrüfatında da istifadəyə uyğundur.
Vitormone Plus, tərkibində dormant (sükunət) formada olan Azotobacter bakteriyalarını ehtiva edir. Faydalı bakteriya bitkidə vegetativ inkişafı artırır, çiçək və meyvə tutumunu artıraraq məhsuldarlığı yüksəldir. Yarpaq səthində faydalı-zərərli mikroorqanizm balansına müsbət istiqamətdə təsir edir.
Vegetativ inkişaf dövrü: 100 mL / 100 L su
Çiçək tutumu dövrü: 100 mL / 100 L su
Meyvə tutumu dövrü: 100 mL / 100 L su
İon olmayan (non-ionic) yaxşı bir yayıcı-yapışdırıcı ilə istifadə edilməsi effektivliyini artırır.
Tətbiqlər günəş batdıqdan sonra və ya axşamüstü edilməlidir.
Tətbiqlərdən sonra yarpaqdan kimyəvi funqisid (xüsusilə mis) tətbiqi 7-10 gün sonra edilməlidir.
Amin turşusu, bitki inkişaf tənzimləyiciləri və ya dəniz yosunu kimi orqanik maddə tərkibi yüksək yarpaq gübrələri ilə kombinə edilərsə effektivlik daha da artar.
Tətbiq isti ULV (termal-dumanlama) alətləri ilə edilməməlidir.
Çox geniş istifadə sahəsinə malikdir.
Üzüm, şaftalı, ərik, pomidor (istixanada və açıqda), gilas, alma, sitrus, nar, xiyar, zeytun, buğda, çiyələk, qovun/qarpız, bibər, kahı, ispanaq, badımcan, pambıq, çəltik, kartof, ənginar, qazon və s.
Yüksək mis tərkibli gübrə və dərmanlar xaric, bütün (insektisidlər və funqisidlər daxil) kimyəvilər ilə qarışdırıla bilər.
