VITORMONE PLUS

Maye Gübrə

VITORMONE PLUS

Maye formulyasiyadakı mikrobioloji yarpaq gübrəsi VITORMONE PLUS, təbiətə heç bir zərər vermir və bitki üzərində qalıq buraxmır. Bu səbəblə orqanik kənd təsərrüfatında da istifadəyə uyğundur.

Vitormone Plus, tərkibində dormant (sükunət) formada olan Azotobacter bakteriyalarını ehtiva edir. Faydalı bakteriya bitkidə vegetativ inkişafı artırır, çiçək və meyvə tutumunu artıraraq məhsuldarlığı yüksəldir. Yarpaq səthində faydalı-zərərli mikroorqanizm balansına müsbət istiqamətdə təsir edir.

Xüsusiyyətlər

  • Havanın azotundan istifadə edərək iqtisadi bir gübrələmə təmin edir.
  • Mükəmməl bir vegetativ inkişafa imkan verir, zoğ inkişafını təşviq edərək yarpaq sayı, yarpaq böyüklüyü və buna bağlı olaraq fotosintez artır.
  • Yarpaq səthində zərərli və faydalı mikroorqanizm balansının müsbət istiqamətdə yaranmasını təmin edir.
  • Çiçəklənməni artırır.
  • Çiçək və meyvə tökülməsini azaldır.
  • Məhsuldarlıq və keyfiyyət artımını təmin edir.
  • Meyvə dadını artırır və meyvənin saxlama ömrünə (rəf ömrünə) müsbət təsir edir.
  • İnsanlara, heyvanlara və bitkilərə zərəri olmayan, orqanik kənd təsərrüfatında da istifadə edilə bilən, tamamilə təbii, ekoloji balansı pozmayan və qalıq problemi olmayan bir məhsuldur.

Təsir Mexanizmi (Etki Şəkli)

  • Vitormone PLUS, tərkibində dormant (yatmış) formada olan Azotobacter bakteriyalarını ehtiva edir. Tətbiqlərdən sonra, dormant vəziyyətdəki bakteriyalar yarpaq üzərində aktiv hala keçirlər.
  • Yarpaq bünyəsində mövcud olan karbondan istifadə edərək atmosferdəki havanın azotunu bitkinin istifadə edə biləcəyi formaya çevirir və bitkinin yarpaqdan qidalanmasına imkan verir.
  • Bitkilər üçün faydalı olan bitki böyümə tənzimləyiciləri (giberellik turşusu, sitokinin, oksin, IAA), vitaminləri (B, C və E qrupu) və antifunqal metabolitləri təbii olaraq ifraz edərək bitkinin böyümə və inkişaf balansını təmin edir.
  • Azotobacter-lər yarpaq üzərini örtərək və ifraz etdikləri antibiotiklər sayəsində digər zərərli patogenlərin zərər verməsinin qismən qarşısını alır.
  • Vitormone Plus pH 5.5-9.5 aralığında işləyir.

İstifadə Qaydası və Dozası

  • Vegetativ inkişaf dövrü: 100 mL / 100 L su

  • Çiçək tutumu dövrü: 100 mL / 100 L su

  • Meyvə tutumu dövrü: 100 mL / 100 L su

  • İon olmayan (non-ionic) yaxşı bir yayıcı-yapışdırıcı ilə istifadə edilməsi effektivliyini artırır.

  • Tətbiqlər günəş batdıqdan sonra və ya axşamüstü edilməlidir.

  • Tətbiqlərdən sonra yarpaqdan kimyəvi funqisid (xüsusilə mis) tətbiqi 7-10 gün sonra edilməlidir.

  • Amin turşusu, bitki inkişaf tənzimləyiciləri və ya dəniz yosunu kimi orqanik maddə tərkibi yüksək yarpaq gübrələri ilə kombinə edilərsə effektivlik daha da artar.

  • Tətbiq isti ULV (termal-dumanlama) alətləri ilə edilməməlidir.

İstifadə Tezliyi

Əkindən sonra başlayaraq vegetativ inkişaf boyunca, çiçəklənmə və ilk meyvə tutumu dövrlərində tətbiq edilməlidir.

İstifadə Sahəsi

Çox geniş istifadə sahəsinə malikdir.

Üzüm, şaftalı, ərik, pomidor (istixanada və açıqda), gilas, alma, sitrus, nar, xiyar, zeytun, buğda, çiyələk, qovun/qarpız, bibər, kahı, ispanaq, badımcan, pambıq, çəltik, kartof, ənginar, qazon və s.

Qarışdırıla Bilmə (Uyğunluq)

Yüksək mis tərkibli gübrə və dərmanlar xaric, bütün (insektisidlər və funqisidlər daxil) kimyəvilər ilə qarışdırıla bilər.

Diqqət

  • Tətbiqdən əvvəl qablaşdırma yaxşıca çalxalanmalı, açılan qablaşdırma 1 dəfədə istifadə edilməlidir.
  • Qarışıq çox yaxşı qarışdırılmalı və dərhal tətbiq edilməlidir.
  • Hava temperaturunun 15 °C-dən aşağı olduğu hallarda Vitormone + Taba kombinasiyası tövsiyə edilir.

Saxlama Şərtləri

  • Sərin və quru yerdə saxlayın, yüksək istilik və birbaşa günəş işığından qoruyun (4°C – 40°C).
  • Otaq şəraitində istehsal tarixindən etibarən 2 il müddətində saxlanıla bilər.
  • Hava temperaturunun +4 °C-dən aşağı düşməsi saxlamada problem yaradır.