Endo Roots Soluble (ERS)

Endo Roots Soluble (ERS)
Mikrobioloji Gübrə

Endo Roots Soluble (ERS)

Bitki kökləri ilə simbiotik (ortaq) həyat tərzi göstərən mikoriza göbələkləri bitkinin su və qida qəbul etmə tutumunu artırır.

Məhsul Haqqında

Mikoriza göbələkləri bitkinin daha çox su və qidadan yararlanmasını təmin edərkən bitkidən karbon alır, bitkinin qazancı isə göbələyin torpaqdan aldığı qida maddələri və suyun bitkiyə çatdırılmasıdır. Mikoriza göbələkləri bitki kök səthi, kök toxumaları, hüceyrə və hüceyrələrarası boşluqlara yerləşərək həyatlarını bitki köklərində davam etdirirlər. Kök səthində sıx funqal örtük və çox sayda hif (ən kiçik misel quruluşu) yaranaraq bitki kökünün çata bilmədiyi yerlərə çatırlar. Bu sayədə kökün qəbul etmə gücü normala görə 40 dəfə daha artır.

ERS-in İstifadə Sahələri Haralardır?

ERS (Mikoriza Göbələkləri) suda həll olan toz formulyasiyasına sahibdir. İstixana və açıq sahə tərəvəzçiliyi, bəzək bitkiləri, meyvəçilik, tarla bitkilərində toxum tətbiqləri kimi bütün bitki istehsalı proseslərində istifadə edilə bilər. Əkin (dikim) ilə birlikdə istehsal mövsümü boyunca gənc bitkilərdə tətbiq edilməsi xüsusilə tövsiyə olunur. Yeni əkilən tərəvəz şitillərində və ya meyvə ağaclarında əkin zamanı tətbiq edilməsi şitil və ya tingin tutumunu artırır, normala görə çox daha mükəmməl bir inkişaf imkanı verir.

Ekoloji Şərtlər və Performans

Mikorizaların fəaliyyəti xüsusilə çox mənfi ətraf mühit şərtləri (quraqlıq, soyuqluq) və torpaq şərtlərində (şoranlaşma, səhralaşma, ağır metal yığılması, duzlanma kimi) özünü çox daha yaxşı göstərir.