Disper Zn Sinergy

Suda Həll Olan Qranul Gübrə

Disper Zn Sinergy

DISPER Zn Sinergy, tamamilə yeni bir formulyasiya şəklinə sahib Fluid Bed (WSG-FB – Axışqan Yataq) texnologiyası ilə istehsal edilmişdir. Bu formulyasiya sayəsində tozlanma yaratmır, asanlıqla həll olur və hər növ pulverizator-suvarma sistemində istifadə edilə bilər.

DISPER Zn Sinergy-nin Təsiri

  • Disper Zn Sinergy bitkini anormallıqlara və qida çatışmazlıqlarına qarşı qoruyur.

  • Disper Zn Sinergy bitki inkişafını təşviq edir, meyvə ağaclarında qocalmanı gecikdirir və çiçəklənməni artırır.

  • Disper Zn Sinergy çiçəklənmə miqdarını və keyfiyyətini artırır.

Bitkilər Üçün Sinkin (Çinkonun) Əhəmiyyəti

  • Bitkilərin inkişafını təmin edən zülalların (proteinlərin) sintezində vəzifə alır.

  • Bitki karbohidrat metabolizmində mühüm rola malikdir.

  • Oksin biosintezində yer alır.

  • Bitki daxilində saysız-hesabsız ferment (enzim) aktivliyində vəzifə almaqla yanaşı, biokimyəvi reaksiyalarda iştirak edir.

Sink Çatışmazlığı

  • Yarpaq damarları arasında yaşıldan sarıya rəng dəyişimi.

  • Yarpaq ölçüsündə kiçilmə.

  • Budaqlarda forma pozğunluğu və büzüşmə meydana gəlir.

  • Yığımda meyvə ölçüsündə və sayında azalmaya səbəb olur.

Zn (Sink) çatışmazlığına səbəb ola biləcək şərtlər:

  • Orqanik maddə nisbəti aşağı, duzlu, qələvi və ya əhəngli torpaqlarda.

  • Nəmli və aşağı temperatura sahib iqlim şəraitində.

  • Balanssız və yüksək konsentrasiyada Azot və Fosfor gübrələməsi.

Formulyasiya

Disper Zn Sinergy %19 tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa sahibdir. %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.

Tətbiq və Doza

Portağal, düyü (çəltik), kartof, xiyar, pomidor, çiyələk, armud kimi çox miqdarda mikro-element istehlak edən bitkilərdə birdən çox tətbiq edilməsi tövsiyə olunur. Tətbiqin bitkilərin vegetativ inkişafının ən sürətli olduğu dövrdə edilməsi tövsiyə olunur. Meyvə ağaclarında tumurcuqlanma başlanğıcında, tarla bitkilərində isə çiçəklənmə dövrü başlanğıcında tətbiq edilməsi məsləhətdir.

  • Yarpaq tətbiqi: 50-100 qr / 100 L olacaq şəkildə 2-3 dəfə.

  • Torpaqdan tətbiq: 150-200 qr / dekar olacaq şəkildə tətbiq edilməlidir.

Qarışdırıla Bilmə (Uyğunluq)

Mineral yağlar və çox yüksək turşulu (asidik) və ya qələvi (alkali) məhsullarla qarışdırılmamalıdır.


Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.