Disper ZM Sinergy

Suda Həll Olan Qranul Gübrə

Disper ZM Sinergy

DISPER ZM Sinergy, Sink (Zn) və Manqan (Mn)-ı bir arada saxlayan tamamilə yeni bir formulyasiya şəklinə sahib Fluid Bed (WSG-FB – Axışqan Yataq) texnologiyası ilə istehsal edilmişdir. Bu texnologiya sayəsində tozlanma yaratmır, asanlıqla həll olur və hər növ pulverizator və suvarma sistemində istifadə edilə bilər.

 

DİSPER ZM Sinergy-nin Təsiri

  • Disper ZM Sinergy bitkini anormallıqlara və qida çatışmazlıqlarına qarşı qoruyur.

  • Disper ZM Sinergy bitki inkişafını təşviq edir, meyvə ağaclarında qocalmanı gecikdirir və çiçəklənməni artırır.

  • Disper ZM Sinergy çiçəklənmə miqdarını və keyfiyyətini artırır.

Formulyasiya

Disper ZM Sinergy tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa sahibdir. %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.


Tərkibi

  • Suda həll olan Manqan (Mn): %8,1

  • Suda həll olan Sink (Zn): %8,2

Tətbiq və Doza

Portağal, düyü (çəltik), kartof, xiyar, pomidor, çiyələk, armud kimi çox miqdarda mikro-element istehlak edən bitkilərdə birdən çox tətbiq edilməsi tövsiyə olunur. Xüsusilə meyvə ağaclarında tumurcuqlanma başlanğıcında, tarla bitkilərində isə çiçəklənmə dövrü başlanğıcında tətbiq edilməlidir.

  • Yarpaq tətbiqi: 100qr – 200qr / 100 L su.

  • Torpaqdan tətbiq: 150-300 qr / dekar olacaq şəkildə 2-3 həftədə bir; bitkinin fenoloji vəziyyəti, qida elementi və torpaq quruluşuna bağlı olaraq tətbiq edilməlidir.

Qarışdırıla Bilmə (Uyğunluq)

Mineral yağlar və çox yüksək turşulu (asidik) və qələvi (alkali) məhsullarla qarışdırmayın.


Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.