Disper Size GS

Suda Həll Olan Qranul Gübrə

Disper Size GS

DISPER Size GS, meyvənin yetişməsindən yığımına qədər inkişafını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmış yüksək fosfor və kalium tərkibli bir gübrədir.

DISPER Size GS, yüksək fosfor və kalium tərkibi sayəsində meyvə böyüməsi və meyvənin inkişafında mühüm bir funksiyaya malikdir.

Disper Size GS-nin Təsirləri:

  • Meyvə inkişaf mexanizmini hərəkətə keçirir.

  • Bitki sintezi nəticəsində yaranan məhsulların meyvəyə daşınmasını təmin edir.

  • İnkişaf etməkdə olan meyvəyə lazımi qidanı təmin edir.

  • Meyvənin şəkər tərkibini artırır.

  • Yığılan məhsulun keyfiyyətini artırır.

Disper Size GS-nin Bitkilər Baxımından Əhəmiyyəti

Disper Size GS tamamilə meyvə inkişafı və yetişməsi hədəf alınaraq istehsal edilmiş bir məhsuldur. Bu səbəblə əsas məqsəd məhsul miqdarını və keyfiyyətini artırmaqdır.

  • Kalium: Meyvə inkişafında mühüm bir rola malikdir. Meyvədə şəkər sintezini katalizə edir. Yarpaqlarda sintezlənən şəkərin meyvəyə daşınmasında vəzifə alır.

  • Fosfor: Fosfor bitkidə enerji transferində vəzifə alır. Meyvə inkişafı müddətində bitkinin çox yüksək miqdarda enerjiyə ehtiyacı vardır. Disper Size GS-nin tərkibindəki Fosfor bu ehtiyacı qarşılamaq üçün istifadə olunur.

  • Amin Turşuları: Disper Size GS tərkibində olan və uzun bir Ar-Ge (Tədqiqat-İnkişaf) işi nəticəsində müəyyən edilən bu amin turşuları bitkidə meyvə inkişafını və böyüməsini müxtəlif yollarla təşviq edir.

  • Bor: Hüceyrə bölünməsi, meyvə inkişafı və böyüklüyü üçün əvəzolunmaz bir elementdir.

  • Mikro-elementlər (Zn, Cu, Mn, Mo): Piqment sintezini tarazlayaraq meyvədə daha yaxşı rəng əmələ gəlməsinə köməkçi olur.

  • Karbohidratlar: Disper Size GS digər məhsullara nisbətən, ehtiva etdiyi yüksək konsentrasiyalı karbohidratlar sayəsində meyvə inkişafı və yetişməsi zamanı meydana gələ biləcək mənfi halları aradan qaldırır.

Formulyasiya

Disper Size GS tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa sahibdir. %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.

Tərkib

  • Suda həll olan P2O5: %20

  • Suda həll olan K2O: %31,5

  • Suda həll olan B: %0,6

  • Suda həll olan Cu-EDTA: %0,01

  • Suda həll olan Mn-EDTA: %0,07

  • Suda həll olan Zn-EDTA: %0,07

  • pH: 8.2

Tətbiq Vaxtı və Dozası

Adətən bütün bitki qruplarında və generativ dövr olaraq təyin olunan ilk meyvə tutumunun başladığı dövrlərdə tətbiq edilir.

Yarpaq Tətbiqi: 50-150 qr / 100 L olacaq şəkildə 10-15 gün ara ilə 1-4 tətbiq.

  • Tətbiqlər axşamüstü günəşin olmadığı saatlar və ya buludlu günlərdə edilməlidir.

Torpaq Tətbiqi: Meyvə ağaclarında damlama suvarma sistemləri ilə 1-1,5 kq / dekar olacaq şəkildə 3-5 dəfə tətbiq edilməlidir.

Pambıq: 50-100 qr / 100 lt su dozası ilə bitki boyu 10-15 sm olunca ilk dərmanlama ilə birlikdə ilk tətbiq edilir. Ardından eyni dozada daraq əmələ gəlməsi və ilk qoza əmələ gəlmə dövrlərində tətbiq edilir.

Bağ (Üzüm) Sahələri: Çiçəklənmədən əvvəl və çiçəklənmədən sonra 100 qr / 100 lt su üçün tövsiyə edilir.

  • 400-600 qr / dekar (hər tənək başına 5-10 qr).
  • Yeni əkilmiş tənək çubuqlarına 1-4 qr.

Kəsmə Çiçəkçilik: 1-3 qr / m².

Tərəvəz: Makro və mikro qida maddələri çatışmazlığında, meyvə tutumundan sonra meyvə rəngini və meyvə iriliyini artırmaq məqsədilə tətbiq tövsiyə edilir. 50-150 qr / 100 lt su dozasında tətbiq edilməlidir.

Qarışdırıla Bilmə (Uyğunluq)

  • Asidik (turşulu) məhsullar və ya mineral yağlarla qarışdırmayın.

  • Misli (Bakırlı) preparatlar və ya kalsium ehtiva edən məhsullar ilə qarışdırmadan əvvəl ion olmayan (non-ionic) bir qarışım agenti istifadə edilməlidir. (Misli və Kalsium ehtiva edən preparatların qarışımdakı nisbətləri 200g/100 L-i keçməməlidir.)


Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.