DISPER COMPLEX GS

Suda Həll Olan Qranul Gübrə

DISPER COMPLEX GS

Disper Complex, sahib olduğu formulyasiya sayəsində bitki qida məhsullarının bitki tərəfindən asanlıqla mənimsənilməsini təmin edir. Tərkibindəki mikro elementlər sayəsində bitkinin böyümə və inkişafını tarazlayaraq maksimum məhsuldarlıq əldə etməyə köməkçi olur. Bitkilərdə xlorofil sintezi, ferment (enzim) aktivliyi, hüceyrə bölünmələri və karbohidrat metabolizmində vəzifə alır.

İşləmə Mexanizmi

Qranul formulyasiyasında xelatlı mikro qida maddələri qarışığı ehtiva edən bir məhsuldur. Xüsusi qranul formulyasiyası (Fluid Bed Technology) sayəsində tətbiq zamanı tozlanma yaratmır. Məhsulda tozlanma, topaqlanma olmaz, suda %100 həll olur.

Disper Complex GS, xüsusilə Fosfor (P) və Kalium (K) tərkibi yüksək olan torpaqlarda çox tez-tez rast gəlinən Sink (Zn) və Manqan (Mn) çatışmazlığı əlamətlərinin tətbiqdən sonra sürətlə aradan qalxmasını təmin edir. Yüksək nisbətdə ehtiva etdiyi Dəmir (Fe) EDDHSA ilə xelatlı olduğu üçün bitki tərəfindən çox sürətli mənimsənilir. Uzun elmi araşdırmalar nəticəsində əlavə edilən və tamamı EDTA ilə xelatlı digər mikro elementlər də balanslı bir şəkildə formullaşdırılmışdır. Disper Complex GS, qabaqcıl texnologiya ilə istehsal edilən xüsusi qranul formulyasiyası sayəsində eyni qrupda yer alan digər mikro qida maddələri ehtiva edən məhsullara görə daha aşağı dozalarda belə daha təsirli nəticələr verir.

Qarışdırıla Bilmə Vəziyyəti

Bütün maye və toz formulyasiyalı bir çox gübrə, kimyəvi, bioloji dərmanlarla qarışdırıla bilər. Yağlı dərmanlar, çox yüksək turşulu (asidik) və ya qələvi (alkali) reaksiya göstərən məhsullarla qarışdırmayın. Tərəddüdlü hallarda ilkin qarışım sınağı edin və ya Bioglobal səlahiyyətlilərinə müraciət edin.


Tərkibi

  • %5 Fe: EDDHSA (Tamamı EDDHSA xelatlıdır)

  • %3,5 Mn: (Tamamı EDTA xelatlıdır)

  • %0,4 Zn: (Tamamı EDTA xelatlıdır)

  • %0,4 Cu: (Tamamı EDTA xelatlıdır)

  • %0,6 B: (Bor)

  • %0,22 Mo: (Molibden)

  • EDTA xelatının stabil olduğu pH aralığı: 4-11

  • EDDHSA xelatının stabil olduğu pH aralığı: 3,5-11

Tətbiq Vaxtı

Adətən bütün bitki qruplarında və vegetativ aktivliyin ən sıx olduğu dövrlərdə tətbiq edilməyə başlanır. Meyvə bağları və tingliklərdə ilk tətbiq, bitkilərin oyanmağa başladığı dövrlərdə tumurcuq və çiçəklər açmadan edilməlidir. Maksimum uğur əldə etmək üçün yarpaq tətbiqlərinə mövsümün mümkün olan ən erkən dövründə və məhsulun yarpaqlar tərəfindən sorulmasını təmin edəcək kifayət qədər yarpaq sahəsinə sahib olduğu dövrdə başlanmalıdır. Torpaq quruluşu, bitkinin mikro qida maddələri çatışmazlığına olan həssaslığı və regional şərtlər nəzərə alınaraq fərqli tezliklərdə tətbiq edilə bilər. Şiddətli çatışmazlıq hallarında tətbiqlər 7-10 gün ara ilə edilməlidir.

Tətbiq Dozası

  • Yarpaqdan tətbiq: 100-300 qr / 100 lt su

  • Dənli bitkilər (Buğdakimilər): 20-40 qr/dekar dozasında kollanma (qardaşlanma) və bayraq yarpaq dövründə tətbiq edilir.

  • Qarğıdalı: 8 yarpaqlı dövrdə və 15-20 gün sonra olmaqla 20-40 qr/dekar dozasında iki dəfə tətbiq edilir.

  • Pambıq: 20-40 qr/dekar olacaq şəkildə bitki boyu 10-15 sm olunca ilk dərmanlama ilə birlikdə ilk tətbiq edilir. Ardından eyni dozada daraq əmələ gəlməsi və ilk qoza əmələ gəlmə dövrlərində tətbiq edilir.

  • Paxlalılar: 30-50 qr/dekar dozasında bir dəfə tətbiq edilir.

  • Üzüm Bağı: 100-200 qr/100 lt su dozasında çiçəklənmədən əvvəl və çiçəklənmədən sonra tətbiq edilir.

Yarpaqdan ediləcək tətbiqlərdə axşamüstü günəşin olmadığı saatlar və ya buludlu günlər seçilməlidir.

  • Torpaqdan tətbiq: Meyvə ağaclarında damlama sistemləri ilə 1-1,5 kq / dekar (3-5 dəfə tətbiq edilməlidir).

  • Bağ sahələrində: 400-600 qr / dekar (hər tənək başına 5-10 qr).

  • Yeni əkilmiş tənək çubuqlarında: 1-4 qr.

  • Bəzək bitkilərində: 1-3 qr / m².

Qarışdırıla Bilmə (Uyğunluq)

Bütün maye və toz formulyasiyalı bir çox gübrə, kimyəvi, bioloji dərmanlarla qarışdırıla bilər. Yağlı dərmanlar, çox yüksək turşulu (asidik) və ya qələvi (alkali) reaksiya göstərən məhsullarla qarışdırmayın. Tərəddüdlü hallarda ilkin qarışım sınağı edin və ya Bioglobal səlahiyyətlilərinə müraciət edin. Mineral yağlar və qələvi (alkali) məhsullarla qarışdırılmamalıdır.


Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.