Disper VegaAmino GS

Suda Həll Olan Qranul Gübrə

Disper VegaAmino GS

Disper VegaAmino GS ferment (enzim) sintezini və aktivasiyasını dəstəkləyir. Karbohidrat, azot və yağ turşularının metabolizminin quruluşuna qatılır. Bitkinin sağlam böyüməsini təşviq edir, bitkinin enerjisini qoruyur və bu sayədə vegetativ hissənin inkişafını təmin edir.

Disper VegaAmino-nun Təsiri

  • Disper VegaAmino bitki xlorofil funksiyasını hərəkətə keçirir.

  • Stres şəraitində bitkinin xlorofil metabolizmini hərəkətə keçirərək mümkün zədələrdən qoruyur.

Disper VegaAmino-nun Üstünlükləri

Disper VegaAmino-nun tərkibində; Amin turşuları, Vitaminlər və Molibden olmaqla 3 fərqli molekul mövcuddur.

Amin Turşuları (Aminoasitlər):

  • Xüsusilə stres şəraitində xlorofil sintezində istifadə olunur.
  • Ferment sintezini və aktivasiyasını dəstəkləyir.
  • Poliaminlərə öncülük edirlər (hormonlar və stres təsiri).
  • Kök inkişafını dəstəkləyir.

Vitaminlər:

  • Suda həll oluna bilən vitaminlərin funksiyaları:
  • Karbohidrat, azot və yağ turşularının metabolizminin quruluşuna qatılır.
  • Ferment və ko-ferment metabolizmini inkişaf etdirir.
  • Kök inkişafını təşviq edir və bitkinin enerjisini qoruyur.

Molibden:

  • Molibden Azot (Nitrojen) metabolizmi üçün ən vacib elementdir.
  • Nitratın reduksiya olunaraq qeyri-orqanik “N”-dan orqanik “N”-a çevrilməsində vəzifə alır.
  • Atmosferdən azotun fiksə edilməsində (bağlanmasında) vəzifəsi vardır.

Disper VegaAmino bitki üçün lazımi enerjini təmin edərək yığımda məhsul miqdarında və keyfiyyətində artım təmin edir.

Formulyasiya

Disper VegaAmino GS tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa sahibdir. %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.


Tərkib

  • Ümumi Orqanik Maddə: %60

  • Orqanik Karbon: %20

  • Orqanik Azot: %2

  • Sərbəst Amin Turşuları: %14,5

  • Maks. Nəm: %20

  • pH: 3,7 – 5,7

Tətbiq və Doza

Disper VegaAmino GS-in bitkilərdə inkişaf geriliyi, soyuq stresi, don, istilik şoku, yanlış gübrə tətbiqləri, yanlış bitki mühafizə məhsulları tətbiqləri nəticəsində yaranan stres şəraitində istifadə edilməsi tövsiyə olunur. Disper VegaAmino GS bitkinin metabolizmini tarazlaşdıraraq yaxşılaşdırmaq üçün hazırlanmışdır. Həmçinin Disper VegaAmino GS bitki inkişaf başlanğıcında (cücərmə, çiçəklənmə, tumurcuqlanma…) da istifadə edilə bilər.

Yarpaq Tətbiqi:

  • Tərəvəz və meyvə: Çiçəklənmə öncəsi və %10 çiçəklənmə dövründə. Genellikle 50qr/100 L olacaq şəkildə tətbiq tövsiyə olunur. Tətbiq arası bitkinin fenoloji vəziyyəti və cavabına görə 7-14 gün arasında təkrarlanmalıdır. Stres şəraitindən bitkini qurtarmaq üçün isə 75 qr/100 L olacaq şəkildə tətbiq edilməlidir.
  • Qarğıdalı: Çıxışdan 15 gün və 30 gün sonra (Tətbiq dozası 10-25 qr/dekar).
  • Buğda: Kollanma və saça qalxma dövrlərində (Tətbiq dozası 10-25 qr/dekar).
  • Sərt və Yumşaq Çəyirdəklilər: Yarpaqlar “siçan qulağı” böyüklüyünə çatdığı zaman (Tətbiq dozası 50 qr/100 lt).
  • Sitrus (Turunçgiller): Çiçəklənmə öncəsi və yeni zoğ yaratmaq üçün (Tətbiq dozası 50 qr/ 100 lt).

Torpaq Tətbiqi: Məhsul dövriyyəsi nəzərə alınaraq 100-200 qr/dekar olacaq şəkildə 2-4 tətbiq olaraq tövsiyə olunur.


Müşahidə Olunan Nəticələr

  • Yarpaqlar: %20 daha uzun, %60 daha ağır olduğu müşahidə edilmişdir.

  • Yığımda (Hasatda): %23 Məhsul Artımı, %6 Meyvə Ağırlığı artımı müşahidə edilmişdir.


Qarışdırıla Bilmə (Uyğunluq) Disper VegaAmino GS-i mineral yağlar, qələvi tərkibli məhsullar ilə qarışdırmadan istifadə etməyiniz tövsiyə olunur. Digər dərmanlarla qarışdırılması halında aşağı doza tətbiq edilməlidir.


Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.