Suda Həll Olan Qranul Gübrə
Disper Fer %6 GS
DISPER Fer 6% GS, EDDHSA ilə xelatlanmış dəmir tərkibinə görə, məhsullardakı dəmir çatışmazlığını uğurla düzəldir və qarşısını alır.
Suda Həll Olan Qranul Gübrə
DISPER Fer 6% GS, EDDHSA ilə xelatlanmış dəmir tərkibinə görə, məhsullardakı dəmir çatışmazlığını uğurla düzəldir və qarşısını alır.
Tozlanma və qalıq yaratmır.
EDDHSA ilə xelatlanan Dəmir və bu xelat forması sayəsində 300g/100 L kimi bir həll olma (həllolma) qabiliyyəti təmin edərkən, bazarda mövcud olan digər EDDHA və EDDHMA xelat formalarında bu nisbət 100-120g/100L nisbətini keçməməkdədir.
Disper Fer %6 GS tamamilə suda həll oluna bilən qranul formasında bir quruluşa sahibdir.
Yüksək nisbətdə belə %100 olaraq suda həll ola bildiyi üçün tətbiq zamanı tıxanma yaratmır.
Xloroz çatışmazlığının aradan qaldırılması üçün torpaqdan tətbiq edildiyi kimi yarpaqdan da tətbiq edilə bilər.
Dəmir çatışmazlığı yarpaqda xloroza (saralmağa) səbəb olur.
Fotosintez hadisəsində elektron daşınmasında vəzifə alır.
Protein (Zülal) metabolizmində vəzifə alır.
Atmosferdən “N” (Azot) bağlama əməliyyatında mühüm rol oynayır.
Xlorofil sintezində mühüm rolu vardır.
Bitkidə çox az dəmir çatışmazlığı olması halında belə; ferment (enzim) aktivliyində, protein istehsalında problemlərə səbəb ola bilər.
Dəmir çatışmazlığı xüsusilə qələvi (alkali) torpaqlarda qarşılaşılan bir problemdir.
Xarakteristik olaraq yarpaqların rəngi yaşıldan sarıya dönür.
Dəmir çatışmazlığının çox şiddətli olduğu və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə toxumalarda nekrozlara (ölümlərə) səbəb olaraq toxumaları ölümə aparır.
Bitki tənəffüsü (fotosintez) də mühüm yerə sahibdir.
Suda Həll Olan Dəmir (Fe): %6
EDDHSA ilə Xelatlı Dəmir (Fe): %6
EDDHSA Xelatının Stabil Olduğu pH aralığı (Fe): 3-11
Bitkilərdə Dəmir (Fe) çatışmazlığının dərəcəsinə, torpaq quruluşuna, torpaq temperaturuna, bitki böyüklüyünə, yaşına və dövrünə bağlı olaraq fərqli doza və tezlikdə tətbiq edilir. Bütün suvarma sistemləri ilə aşağıdakı dozalar rəhbər alınaraq istifadə edilə bilər.
Meyvə ağaclarında (Sitrus, Zeytun, Şaftalı, Armud, Alma, Gavalı, Ərik, Püstə, Kivi):
Bağ (Üzüm) Sahələrində:
Birillik, Çoxillik çiçəklər, Ot bitkiləri:
Tərəvəzlər:
Regional şərtlərə bağlı olaraq torpaq tətbiqlərində bütün qeyd olunan dozalar %30 nisbətində artırıla bilər. Xüsusi qranul formulyasiyasına görə eyni qrupda yer alan digər Dəmir (Fe) xelatlı məhsullardan fərqli olaraq üst hissədən yarpaq hissəsinə də tətbiq edilə bilər.
Püskürdülərək (Pulverizə edilərək) yarpaqdan tətbiq dozası: 100-300 qr / 100 lt su dozasında 15-20 gün aralıqlarla tətbiq edilə bilər. Çiçəklənmə dövründə 50-100 qr / 100 lt su dozasında tətbiq edilməlidir.
Yarpaqdan ediləcək tətbiqlərdə axşamüstü günəşin olmadığı saatlar və ya buludlu günlər seçilməlidir.
Mineral yağlar, çox yüksək və ya çox aşağı pH-lı məhsullarla qarışdırılmamalıdır.
Qeyd: Bu məhsula aid açıqlamalar və məhsul tərkibləri istehsalçı firmanın özündən alınmışdır.
